"Lion" - "Beşiktaş" matçı öncəsi azarkeşlər arasında dava-dalaş olub

"Lion" - "Beşiktaş" matçı öncəsi azarkeşlər arasında dava-dalaş olub

Avropa Liqasının 1/4 finalında keçiriləcək "Lion" - "Beşiktaş" matçı öncəsi azarkeşlər arasında insident yaşanıb. Türkiyə mətbuatının yazdığına görə, oyununun başlamağına dəqiqələr qalmış azarkeşlər arasında dava düşüb. Bəzi azarkeşlər hətta meydançaya da daxil olublar.

"Lion" rəhbərliyinin verdiyi ilkin açıqlamada bildirilib ki, yuxarıdakı tribunalardan məşəllər atıldığı üçün aşağıdakı azarkeşlər meydana enməyə məcbur olublar. Qeyd edək ki, "Lion" – "Beşiktaş" matçı saat 23:05-də başlamalı olsa da, hadisələr səbəbindən 1 saat gecikib.

Bütün xəbərlər Facebook səhifəmizdə