AFFA Azərbaycan - Almaniya oyunundan daxil olan vəsaiti açıqlayıb. SİA-nın xəbərinə görə, assosiasiyasının rəsmi saytında yayımlanan məlumatda bildirilir ki, 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Azərbaycan - Almaniya oyununa bilet və SkyBox satışından, həmçinin hospitality (qonaqpərvərlik) xidmətindən AFFA-nın büdcəsinə ƏDV daxil olmaqla 204691 AZN pul vəsaiti daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB