Frank De Bur Hollandiya millisini çalışdırmaqdan imtina edib

Frank De Bur Hollandiya millisini çalışdırmaqdan imtina edib

İtaliya "İnter"inin sabiq baş məşqçisi Frank De Bur Hollandiya millisini çalışdırmaqdan imtina edib. SİA-nın məlumatına görə, o, Hollandiya Futbol Federasiyasının bununla bağlı göndərdiyi təklifi müsbət cavablandırmayıb. 46 yaşlı mütəxəssis klub səviyyəsində işləməyə davam etmək istədiyi üçün bu qərarı verib.

Qeyd edək ki, Hollandiya Futbol Federasiyası yığmanın DÇ-2018-in seçmə mərhələsində Bolqarıstana 0:2 hesabı ilə uduzduğu oyundan sonra baş məşqçisi Danni Blindi istefaya göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə