Tehranda Beynəlxalq Olimpiya Komitəsinin məşqçilər üçün texniki kursu və Dünya Güləş Birliyinin yunan-Roma güləşi üzrə məşqçilərinin toplantısı keçirilib.
SİA-nın verdiyi məlumata görə, hər iki tədbirdə ölkəmizi yunan-Roma güləşi üzrə yığma komandamızın məşqçisi Nurəddin Rəcəbov təmsil edib.
Kurs zamanı Dünya Güləş Birliyinin güləş qaydalarında edəcəyi dəyişikliklər barədə məlumat verilib, taktiki və texniki hazırlıqla bağlı fikir mübadiləsi aparılıb, qaydalar müzakirə edilib, praktik məşğələlər keçirilib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB