Kamran Ağayev və Emin Mahmudovun komandası qalib gəldi

Kamran Ağayev və Emin Mahmudovun komandası qalib gəldi

Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun komandası "Boavişta" dünən Portuqaliya Premyer Liqasında 25-ci turun oyununu keçirib. Qol.az-ın xəbərinə görə, "Maritimo"nu qəbul edən Portu təmsilçisi 3:0 hesabı ilə qələbə qazanıb. K.Ağayev və E.Mahmudovun adı matçın iştirakçıları sırasında olmayıb.

Bu qələbədən sonra xalını 33-ə çatdıran "Boavişta" 10-cu yerdən 8-ci pilləyə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə