Futol üzrə İngiltərə Liqa kubokunun qalibi bəlli olub. Apasport.az saytının məlumatına görə, Londonun "Uembli" stadionunda dünən keçirilən həlledici oyunda "Mançester Yunayted"lə "Sauthempton" üz-üzə gəlib. Görüş "qırmızı şeytanlar"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Zlatan İbrahimoviçin dubl etdiyi oyunda Xese Linqard bir dəfə fərqlənib. Qarşı tərəfdən isə Qabbiadini iki qolla yadda qalıb. Bununla da, Joze Mourinyo "Mançester Yunayted"in "sükanı arxasında" ilk titulunu qazanıb. Qeyd edək ki, "mankunianlar" tarixi ərzində 5-ci dəfə Liqa kubokuna sahib çıxıb.
İngiltərə Liqa kuboku
Final
26 fevral
"Mançester Yunayted" – "Sautqempton" – 3:2
Qollar: İbrahimoviç, 18; 87. Linqard, 38 - Qabbiadini, 45+1, 48.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB