Formula 1 yarışı üçün yerli medianın akkreditasiya prosesi başlayıb

Formula 1 yarışı üçün yerli medianın akkreditasiya prosesi başlayıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) iyunun 23-dən 25-dək Bakıda ikinci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün yerli medianın akkreditasiya prosesini açıq elan edib.

SİA-nın məlumatına görə, Formula 1 Azərbaycan Qran Prisi daxil olmaqla, bütövlükdə 2017-ci il FİA Formula 1 dünya çempionatının hər bir yarışı üçün media akkreditasiyası prosesi Beynəlxalq Avtomobil Federasiya (FİA) və Formula One Management (FOM) şirkəti tərəfindən təşkil olunur. Yerli media nümayəndələrinin yarışa qeydiyyatı BŞH-nin vasitəçiliyi ilə həyata keçirilir. Akkreditasiya prosesi martın 31-i saat 17:00-dək davam edəcək.

Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb səhifəsində olan formanı dolduraraq onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Bu gün isə akkreditasiya prosesində iştirak edəcək yerli media nümayəndələri ilə BŞH rəsmilərinin görüşü olub. Görüşdə akkreditasiya qaydaları və şərtləri geniş şəkildə izah olunub və jurnalistlərin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə