İranın Kirmanşah şəhərində böyüklər arasında sərbəst güləş üzrə dünya kuboku yarışları davam edir. SİA-nın məlumatına görə, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə "A" yarımqrupunda mübarizə aparıb.
İlk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4:4 hesablı bərabərliklə bitiriblər. Ancaq xalların keyfiyyətinə görə, 32-29 hesabı ilə öndə olan yığmamız görüşü qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.
Yarımqrupun son görüşünü komandamız ABŞ idmançılarına qarşı keçirib. Ümumi hesab 4:4 olsa da, texniki xallara görə 20:14 hesabı ilə üstün olan ABŞ idmançıları finala yüksəliblər. Yarışda 74 kiloqram çəki dərəcəsində hesabda öndə olan güləşçimiz Murad Süleymanova hakimlər tərəfindən qeyri-obyektiv qərarlar nəticəsində texniki məğlubiyyət verilib.
Yığmamız digər yarımqrupun ikincisi olan Türkiyə komandası ilə 3-cü yer uğrunda həlledici görüşə çıxacaq. Finalda İran və ABŞ komandaları qarşılaşacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB