UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. SİA-nın məlumatına görə, avrokubokların pley-off mərhələsinin ilk oyunlarından sonra siyahıda müəyyən dəyişiklik baş verib. Rusiya 6-cı pilləyə yüksələrək Portuqaliyanı qabaqlayıb. Poşa isə İsveçi arxada qoyaraq 20-ci pilləyə qalxıb.
26-cı pillədə qərarlaşan Azərbaycanın mövqeyi dəyişməyib. Ölkəmizin aktivində 17.750 xalı var.
Siyahıya İspaniya başçılıq edir. Almaniya 2-ci, İngiltərə 3-cüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB