Nazir müavini: “Turist marşurtlarının üzərində keyfiyyət sistemi yüksəldilir” AÇIQLAMA
"Turistlərin ölkəmizə yalnız beynəlxalq yarışlar zamanı deyil, ondan əvvəl gəlmələrini və yarışlardan sonra da qalmalarını, regionlarımıza üz tutmalarını istəyirik. Ona görə, regionlarımızda da maraqlı proqramlar olmalıdır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.
Onun sözlərinə görə, Azərbaycana gələcək turistləri regionlarımıza cəlb etmək üçün müxtəlif turizm paketləri yaradılıb: "Bununla yanaşı, turist marşurtlarının üzərində keyfiyyət sistemi yüksəldilir. İstərdik ki, yerləşdirmə fondumuz daha geniş olsun. Bakıda 14-15 min, kirayə verilən evlərlə birlikdə 20 min turistin yerləşdirilməsi mümkündür. Biznes nümayəndələrinə, özəl sektora çağırış etmişik ki, yerləşdirmə, iaşə, əyləncə obyektlərinə sərmayə qoysunlar. Bununla bağlı dövlət başçısının Sərəncam və Fərmanı da var. Bu sahədə müvafiq güzəştlər və imtiyazlar da verilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB