BP və "Bakı-2017" arasında tərəfdaşlıq sazişi imzalandı FOTOLAR - SƏS TV
BP şirkəti və Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi arasında tərəfdaşlıq sazişi imzalanıb. Bu tərəfdaşlıq BP-nin Azərbaycanda idman potensialının inkişaf etdirilməsinə dəstək olmaq öhdəliyinin bir hissəsidir və Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə uzun müddətli uğurlu tərəfdaşlığa söykənir.
SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan gənclər və idman naziri, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell iştirak ediblər.
Çıxış edən nazir A.Rəhimov BP ilə əməkdaşlıq sazişinin imzalanmasının sevindirici hal olduğunu qeyd edib: "Bu, bizim ilk sponsor müqaviləmizdir. Müqavilə BP şirkəti ilə imzalanır. BP Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə bir çox layihələr həyata keçirib".
Nazir IV İslam Həmrəyliyi Oyunularının dünayda böyük bayrama çevrilməsinə çalışılacağını bildirib: "2017-ci il Azərbaycanda Prezident İlham Əliyev tərəfindən "İslam Həmrəylik İli" elan edilib. Bu baxımdan IV İslam Hərməyliyi Oyunları bu ilin ən böyük tədbiridir. Biz Oyunlara çox ciddi hazırlaşırıq. İstəyirik ki, "Bakı-2017" dünyada böyük bir bayrama çevrilsin və bütün dünyaya islam dostluğunu çatdıra bilsin. İnanırıq ki, Oyunlar uğurla və yüksək səviyyədə baş tutacaq. BP şirkətinə də "Bakı-2017"yə dəstəyinə görə təşşəkürümüzü bildiririk".
Daha sonra çıxış edən Q.Birrell İslam Həmrəyliyi Oyunlarının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: "2017-ci il bizim üçün əlamətdar ildir. Biz Azərbaycan hökuməti və xalqı ilə tərəfdaşlığımızın 25 illiyini qeyd edirik. 25 illiyimizin qeyd olunması çərçivəsində biz Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı oluruq və eləcə də Milli Olimpiya və Paralimpiya komitələri ilə olan tərəfdaşlıq sazişimizin müddətini 2020-ci ilə qədər uzatmaqla onlara dəstəyimizi gücləndirəcəyik".
Sonra nazir A.Rəhimov və Q.Birrell sazişi imzalayıblar.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olmaqla BP şirkəti Oyunlara və sonrakı yarışlara hazırlaşdığı müddətdə 7 milli idman elçisinə dəstək olmağa davam edəcək.
Bundan əlavə, BP şirkəti Bakı-2017 Könüllülük Proqramının həyata keçirilməsinə dəstək olacaq. Bu təşəbbüs çərçivəsində 6 min gənc yalnız Oyunların keçirilməsində mühüm rol oynamaq imkanı qanazmayacaq, onlar həmçinin liderlik, təqdimat, ünsiyyət və ictimaiyyət qaşısında çıxış bacarıqlarını təkmilləşdirməyə yardım edən geniş təlim proqramından faydalanmaq imkanına malik olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB