Yenidən "Qəbələ"yə qayıdan Daniel Subotiç dünən köhnə komandasına qayıdışında ilk oyuna çıxıb. Qol.az-ın xəbərinə görə, Topaz Premyer Liqanın 16-cı turunun "Neftçi"yə qarşı görüşündə isveçrəli hücumçu ikinci hissədə Baqali Dabonun əvəz edərək meydana daxil olub. Matçın 77-ci dəqiqəsində isə o, hesabı açıb.
Xatırladaq ki, Subotiç 2013/14 mövsümündə də "Qəbələ"yə oynayıb və Premyer Liqada 29 oyunda 12 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB