"Fənərbaxça" qovduğu futbolçuları bağışladı

"Fənərbaxça" qovduğu futbolçuları bağışladı

"Fənərbaxça" əsas heyətdən kənarlaşdırdığı futbolçuları Emmanuel Emenike və Qreqori van der Villə bağlı qərarını dəyişib. Qol.az-ın "NTV Spor"a istinadən yaydığı xəbərə görə, sözügedən oyunçuya yenidən əsas heyətə qaytarılıb. Onların sabahdan komanda ilə ümumi məşqlərdə iştirak edəcəyi bildirilib. Qeyd edək ki, komandanın baş məşqçisi Dik Advokaat ötən ilin dekabrında sözügedən futbolçuları intizamsızlıqlarına görə əsas heyətdən kənarlaşdırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə