Millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Erzqebirge Aue" Almaniyanın 2-ci bundesliqasında növbəti oyununa çıxıb. Qol.az-ın məlumatına görə, komanda 18-ci turda doğma meydanda "Haydenhaym"la qarşılaşıb. Matç "Erzqebirge Aue"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb
Millimizin futbolçusu D.Nazarov 69-cu dəqiqədə meydanda daxil olub. O, 90+1 dəqiqədə komandasının qələbə qolunu vurub. Qeyd edək ki, "Erzqebirge Aue" 18 turdan sonra 16 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB