“Qəbələ” “Qartalspor”u məğlub edib

“Qəbələ” “Qartalspor”u məğlub edib

Antalyada təlim-məşq prosesi keçən "Qəbələ"nin 19 yaşlıları ilk oyununa çıxıb. SİA-nın məlumatına görə, "Qartalspor"la qarşılaşan komanda 3:1 hesabı ilə qalib gəlib. "Qırmızı-qaralar"ın heyətində Kamran Quliyev dubl edib. Digər qolu isə Məhəmməd Abbaslı rəqib qapısından keçirib.

İlk hissədən sonra əvəzlənən futbolçular - Tacir Əlizadə və Elmir Tağıyev Qəbələ TV-yə toplanışın gedişi və matç haqqında danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə