Təssəvvür edin ki, komandanız 0:1 hesabı ilə məğlub olur və oyunun artırılmış son dəqiqəsidir. Belə anlarda biz qapıçıların irəli gedib qol vurduğu halları çox görmüşük. Lakin, Cənubi Afrikanın Baroka klubunun qapıçısı Oscarine Masulukenin son dəqiqədə vurduğu qol heç şübhəsiz futbol tarixinin ən gözəl qapıçı qolları siyahısında zirvədəki yerlərdən birini tutacaq.
Cənubi Afrika çempionatı çərçivəsində keçirilən Baroka FC - Orlando Pirates oyununda vurulan bu əfsanəvi qolu sizə təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB