"Qalatasaray" daha iki futbolçu ilə yollarını ayırdı

"Qalatasaray" daha iki futbolçu ilə yollarını ayırdı

"Qalatasaray"da daha iki ayrılıq reallaşıb. SİA-nın məlumatına görə, İstanbul nəhəngi müdafiəçi Aurelian Çedju və yarımmüdafiəçi Hamit Altıntopla yollarını ayırıb. Hər iki futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, "Qalatasaray" daha öncə islandiyalı hücumçu Kolbeyn Siqtorssonla da sözləşməyə xitam verib.

Bütün xəbərlər Facebook səhifəmizdə