"Volfsburq"un futbolçusu Yulian Drakslerin PSJ-yə keçidi rəsmiləşib. Bu barədə Almaniya klubunun rəsmi saytı xəbər yayıb. Paris təmsilçisinin 23 yaşlı yarımmüdafiəçi ilə 4.5 illik müqavilə imzalayacağı bildirilir. Fransa mətbuatı bu keçid üçün Paris klubunun qarşı tərəfə 35 milyon avro ödəyəcəyini yazıb.
Qeyd edək ki, Draksler ötən il "Şalke"dən "Volfsburq"a transfer olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB