Millimiz gürcülərə uduzdu

Tbilisi şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə görüşüb. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın qollarını Samir Oruclu və Hikmət Verdiyev vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə