"Neftçi"nin futbolçusu Rəhman Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində "Zirə" üzərində 3:0 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Matç haqqında nə düşünürsüz?
- Çətin oyun oldu. İki ildən çoxdur ki, "Zirə"ni məğlub edə bilmirdik. Kubok matçı olduğuna görə bizim üçün xüsusilə vacib idi. Əlimizdə bu şans var ki, onu da dəyərləndirmək istəyirik. Hələ heç nə həll olunmayıb, səfərdə qalib gəldiyimizə baxmayaraq, növbəti oyuna ciddi hazırlaşmalıyıq.
- 3:0 hesabı kifayət qədər böyük fərqdir. Cavab matçı haqqında nə düşünürsüz?
- Hesabın 3:0 olması o demək deyil ki, hər şey bitib. Növbəti oyunda daha yaxşı çıxış etməliyik.
- Rəqib baş məşqçi Adil Şükürov mətbuat konfransında dedi ki, cavab matçında "Neftçi"ni keçəcəyik...
- Kiminsə bizi zəif hesab etməsini sevmirəm. Futboldu, yaxşı yoldayıq. Mən də onu demək istəyirəm ki, asan oyun olmayacaq. Əlimizdən gələni edəcəyik ki, öz meydanımızda da lazımi nəticəni qazanaq.
- Bu cür qələbələr komandada özünəinamı artarır, səncə bu, yüksəlişin başlanığıcı ola bilərmi?
- Əlbəttə, qələbə həmişə yaxşıdı. Komandanın motivasiyasını qaldırır.
- Oyundan qabaq heç kim "Neftçi"yə şans vermirdi. Belə bir hesabla qalib gələcəyinizi gözləyirdiniz?
- Bura qələbə qazanmağa gəlmişdik. Matçdan öncə baş məşqçimizin tapşırıqları oldu. Biz də həmin göstərişləri düzgün yerinə yetirdik. Bu gün bizdə hər şey alındı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB