Dünən La Liqada "Osasuna"ya qarşı matç (3:0) Lionel Messinin "Barselona"da növbəti yubiley oyunu olub. İspaniya mətbuatı yazır ki, argentinalı hücumçu Kataloniya klubunun heyətində 550-ci rəsmi matçına çıxıb. Bu görüşdə o, iki qol da vurub.
Qeyd edək ki, hazırda Messi "Barselona" tarixində Xavi (767 oyun), Andres İnyesta (605) və Karles Puyoldan (593) sonra ən çox oyun keçirən dördüncü futbolçudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB