“Lokomotiv” -“Azerreyl” matçı təxirə salındı

“Lokomotiv” -“Azerreyl” matçı təxirə salındı

Voleybol üzrə Azərbaycan Superliqası çərçivəsində sabah saat 18:00-da keçirilməli olan "Lokomotiv" -"Azerreyl" oyunu təxirə salınıb. Bu haqda SİA-ya Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, matçın təxirə salınmasının səbəbi "Lokomotiv" klubunun gənc qız voleybolçularının Naxçıvan Muxtar Respublikasında Gənclər və İdman Nazirliyi vasitəsilə təşkil olunan yarışda iştirakıdır.

Qeyd edək ki, görüşün keçiriləcəyi yeni tarix hələ ki, açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə