“Avropa oyunlarını dünya səviyyəsində keçirməyə hazırıq” Lukaşenko

“Avropa oyunlarını dünya səviyyəsində keçirməyə hazırıq” Lukaşenko

Belarus ikinci Avropa oyunlarını dünya səviyyəsində keçirməyə hazırdır. SİA Belarus prezidentinin saytına istinadən xəbər verir ki, bu barədə prezident Aleksandr Lukaşenko bildirib.

Onun sözlərinə görə, Belarus oyunların keçirilməsinə 50 milyon dollar sərf edəcək: "Avropalılar kömək edəcəklərinə söz veriblər. Belarusun namizədliyi irəli sürüləndə, bu oyunların keçirilməsi üçün nə qədər xərc sərf olunacağını hesabladıq".

Qeyd edək ki, birinci Avropa oyunları 2015-ci ildə Bakıda keçirilib. Növbəti oyunların 2019-cu ildə Belarusda keçirlməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə