MOİK-in yeni baş məşqçisi müəyyənləşdi

MOİK-in yeni baş məşqçisi müəyyənləşdi

I Divizionda mübarizə aparan MOİK futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Klubdan SİA-ya verilən məlumata görə, öz istəyi ilə vəzifəsindən istefa verən Müşfiq Qəmbərovu Ramil Əliyev əvəzləyib.

Nəzərinizə çatdıraq ki, R.Əliyev buna qədər klubda vitse-prezident vəzifəsini yerinə yetirirdi.

Qeyd edək ki, MOİK hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komandanın aktvində 13 xal var.

Bütün xəbərlər Facebook səhifəmizdə