Hakim təmiz qolu qeydə almadı
Xorvatiya II divizioununda keçirilən "Duqopole" - "Sesvete" oyununda maraqlı hadisə yaşanıb. SİA-nın məlumatına görə, meydan sahibləri 2:1 hesabı ilə öndə olarkən qonaqlar penalti qazanıb. Ancaq matçın baş hakimi Tino Kreçak Ante Aralitsanın təmiz qolunu qeydə almayıb. Buna qapı torundakı deşik səbəb olub. Bu, referinin gözündən yayınıb. Qonaqların etirazı da faydasız olub. Buna baxmayaraq, oyunun 90+5-ci dəqiqəsində qonaqlar bərabərlik qolunu vuraraq məğlubiyyətdən qaçıb.

Qeyd edək ki, azərbaycanlı futbolçu Elnur Cəfərov "Duqople"də çıxış edir. O, bu oyunda iştirak etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə