"Qəbələ" Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə Fransanın "Sent-Etyen" klubu ilə üz-üzə gələcək. SİA-nın məlumatına görə, görüşü zədə səbəbindən buraxmalı olacaq Baqali Dabo oyun haqda açıqlama verib. "Francebleu"ya danışan 28 yaşlı forvard bunları söyləyib: "Komandama kömək etmək istəyirəm, amma zədəliyəm. Buna görə çox təəssüflənirəm. "Sent-Etyen"ə qarşı oynamaq və stadiondakı atmosferi yaşamaq mənim üçün çox xoş olardı.
Fransa I Liqası ilə Azərbaycan Premyer Liqasını müqayisə etmək olmaz. Düzdür, "Qəbələ" "Lill"i Avropa Liqasının III təsnifat mərhələsində mübarizədən kənarlaşdırmışdı. Bəzi komandalarla başabaş mübarizə apara bilərik. II Liqada isə çempionluq uğrunda mübarizə aparmaq mükündür. Amma çempionatın səviyyəsi baxımından müqayisə etmək düzgün olmaz və bu baxımdan "Sent-Etyen" cütün favoritidir. Komanda yoldaşlarıma uğurlar arzulayıram. Onlar sona qədər vuruşacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB