Əfsanəvi braziliyalı futbolçu Ronaldo "Liverpul"un futbolçusu Filipe Kountinyonu Madrid "Real"ının heyətində görmək arzusundadır. SİA-nın məlumatına görə, sabiq futbolçu İspaniya radiosunda yayımlanan proqramların birində "Real"da kimi görmək istəyərsiz?" sualına "Filipe Kountinyonu" - deyə cavab verib. O, həmçinin dünyanın ən yaxşı oyunçuları haqqında da açıqlama verib: "Messi, Ronaldo və Neymar hazırda dünyanın 3 ən yaxşı oyunçularıdır. Mən hətta yaxşı oyun göstəricilərinə görə Luis Suaresi də bura əlavə edərdim. Bu futbolçular arasında ən yaxşısını seçmək çox çətindir. Lakin mən Kriştiano Ronaldonu seçəcəm. Təbii ki, digər futbolçuları da unutmaq olmaz. Onların bizə gətirdiyi əyləncəyə görə hörmət etməliyik".
Qeyd edək ki, braziliyalı Ronaldo 2002-07 illərdə "Real"da çıxış edib.
Əlavə edək ki, Koutinyo İspaniyada "Espanyol"da icarə əsasında oynayıb. O, "Liverpul"a "İnter"dən transfer olunub. Futbolçunun adı yay transfer pəncərəsində "Barselona" və PSJ klubları ilə hallanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB