8-ci tura yekun vurulacaq

Bu gün Topaz Premyer Liqasında 8-ci tura yekun vurulacaq.

SİA-nın məlumatına görə, ikinci oyun günündə daha 2 matç keçiriləcək.

Günün ilk matçı Şüvəlanda oynanılacaq. İlk dövrəni sonuncu yerdə başa vuran AZAL - "Kəpəz"i sınağa çəkəcək.

"Zirə" isə öz meydanında "Neftçi" ilə üz-üzə gələcək.

Topaz Premyer Liqa, 8-ci tur

16 oktyabr (bazar)

16:00 AZAL - "Kəpəz"
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Knyaz Əmiraslanov, Vaqif Musayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov
"AZAL Arena"

18:30 "Zirə" - "Neftçi"
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Rahil Ramazanov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
Zirə İdman Kompleksinin stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə