"Qəbələ" futbol klubunun keçmiş kapitanı Cavid Hüseynov Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. SİA-nın məlumatına görə, jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı cinayəti bilib gizlətməkdə təqsirləndirilərən futbolçunun vəkili Adəm Məmmədov vəsatət qaldıraraq müdafiə etdiyi şəxsin barəsində bəraət hökmü verilməsini istəyib. Hakim Həsən Əhmədov vəsatəti qismən təmin edib və futbolçunun cəzasının 1 il 2 aya endirilməsinə qərar verib. Daha sonra C.Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, futbolçu 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB