“Timsah Arena”nın təməli qoyuldu

“Timsah Arena”nın təməli qoyuldu

"Bursaspor" da artıq müasir stadion sahibi olacaq. Siasport.az saytı xəbər verir ki, bu gün Bursada yeni stadionun təməlqoyma mərasimi olub. Təməlqoyma mərasiminə dövlət nümayəndələri ilə yanaşı, kulub prezidenti İbrahim Yazıçı, kulubun baş məşqçisi Ərtoğrul Sağlam da qatılıb. Tədbirdə söz alan Ə.Sağlam bunları deyib: "Əvvəllər mənim hədəfimdə milli komanda və xarici kulubda məşqçilik vardı. Amma "Bursaspor"la kollektiv iş nəticəsində əldə etdiyimiz çempionluq mənim də düşüncələrimdə bəzi dəyişikliklər etdi. İndi düşüncəm "Bursaspor"u necə avro kluba çevirməkdir. Bunun üçünsə müasir stationun olmağı şərtdir".

Xatırladaq ki, UEFA standartlarına tam cavab verəcək stadion 45 min azarkeş tutumuna malik olacaq. Stadionda eləcə də, 70 loja, 85 qapı olacaq. Stadion 13 dəqiqəyə boşala biləcək. Onu da bildirək ki, stadionun inşası 450 günə tamamlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə