Başa çatmaqda olam mövsümü böyük uğursuzluqla başa vuran İstanbulun "Qalatasaray" futbol klubu, yeni rəhbərliklə gələn mövsümdən "Avropa fatehi" adını qaytarmaq üçün ciddi hərəkətə keçib. Siasport.az saytı xəbər verir ki, klubun yeni prezidenti Ünal Aysal, əvvəlcə türk futbolunun "imperator"u sayılan Fatih Terimi klubun sükanı arxasına gətirdi, ardınca da "Bolton" və "Olimpik Lyon"un forvardlarını rənglərinə bağlamaq üçün konkret addımlar atdı. İndi də qarşıda İngiltərənin "Çelsi" futbol klubunun Fildişi Sahillərindən olan ulduz futbolçusu Didye Droqbanı transfer etmək dayanır. Artıq bu məsələni də həll olunmuş kimi saymaq olar. Çünki dünən İngiltərə paytaxtına gedən Ü.Aysal, bununla bağlı "zadəganlar"la danışıqlara başlayıb və ilkin razılıq da əldə olunub. Məsələ burasındadır ki, klub prezidenti, qarşı tərəfin D.Droqbanın transferi üçün tələb etdiyi 8,6 milyon avroluq məbləği, artıq, 5,7 milyon avroya endirə bilib. Həttda "Fanatik.com" məşhur idman saytı da yazır ki, "Qalatasaray"ın bank hesabından Londondakı bir bank hesabına 5,7 milyon avro pul köçürülüb. Türkiyə mətbuatı yazır ki, çox yaxın vaxtlarda "Qalatasaray" rəhbərliyi D.Droqbanı İstanbula gətirməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB