AFFA-nın prezidenti Rövnəq Abdullayev futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qəbələ" - "Maynts" oyunundan (2:3) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, "Qəbələ"nin yaxşı oynadığını deyib.
- Yaxşı oyun oynadıq, amma rəqib çox güclü idi. "Maynts" Almaniya Bundesliqasının əsas komandalarından biridir. Pis oynamadıq. Qalib də gələ bilərdik, amma alınmadı.
- UEFA prezidenti Aleksander Çeferin də oyunu izləyənlər arasında idi. O, oyun barədə nə fikirdə idi?
- Nə fikirdə olmalı idi? Əlbəttə, yaxşı fikirdə olacaq.
- Sizcə "Qəbələ"nin qələbə qazanması üçün nə çatışmırdı?
- Mənə elə gəlir ki, buna təcrübəmiz çatmadı. Onlar çox güclü idilər.
- Bu gün "Qarabağ"dan hansı nəticəni gözləyirsiniz?
- "Qarabağ"dan nə gözləməliyəm, əlbəttə ki, qələbə.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB