Bolqarıstan milli komandasının voleybolçusu Yeva Yanevanın Bakının "Lokomotiv" klubuna keçidi baş tutmayacaq. Siasport.az saytı apasport.az-a istinadən xəbər verir ki, paytaxt klubuna gələcəyi bildirilən voleybolçu artıq seçimini edib.
O, karyerasını Moskva "Dinamo"sunda davam etdirəcək. Yaneva yığmamızın kapitanı Oksana Parxomenkonun şərəfini qoruduğu klubla 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Yevanın ötən il də "Lokomotiv"ə gəlmək şansı var idi. Lakin 26 yaşlı voleybolçu sonda Rusiya "Omiçka"sını seçmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB