Bobo "Beşiktaş"ı "Sportinq"ə dəyişir

Bobo "Beşiktaş"ı "Sportinq"ə dəyişir
İstanbulun "Beşiktaş" futbol klubunun braziliyalı forvardı Bobo, futbol həyatını Türkiyədən qıraqda davam etdirəcək. Siasport.az saytı xəbər verir ki, artıq futbolçu hansı ölkədə futbol oynayacağına da qərar verib. O gələn həftə Portuqaliyanın "Sportinq" futbol klubu ilə müqavilə imzalamaq üçün Lissabona gedəcək. Onsuz da hələ yanvar ayından İstanbul klubunu tərk etmək üçün rəhbərliyə ard-arda müraciətlər edən braziliyalı forvard, Türkiyə Kubokunu qazanandan sonra bu istəyini konkret şəkildə ortaya qoyub və belə bir açıqlama ilə çıxış edib. Bobonun menecerinin də "Sportinq" nümayəndələri ilə bütün detalları razılaşdırdığı bildirilir. Məlumata əsasən, Bobo Portuqaliya klubunda ilinə 1,5 milyon avro məvacib alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə