"Cim-Bom" ilin transferini əzəli rəqibi "Fənərbaxça"ya ağır zərbə vurmaqla reallaşdırıb

"Cim-Bom" ilin transferini əzəli rəqibi "Fənərbaxça"ya ağır zərbə vurmaqla reallaşdırıb

"Qalatasaray"ın qadın basketbol komandası böyük transferə imza atıb. Siasport.az saytı xəbər verir ki, "Cim-Bom" ilin transferini əzəli rəqibi "Fənərbaxça"ya ağır zərbə vurmaqla reallaşdırıb.
Belə ki, "Qalatasaray" ötən mövsüm "Fənərbaxça" forması geyinən amerikalı forvard Diana Taurasi ilə anlaşıb. Bir çox ekspert tərəfindən dünyanın ən yaxşı qadın basketbolçusu hesab olunan Taurasidən əvvəl "Qalatasaray" ispan basketbolçu Alba Torrens və amerikalı Tina Karlesi heyətinə qatmışdı. Rəsmi saytı ilə açıqlama yayan "Qalatasaray" Taurasinin transferini təsdiqləyib.
"Fənərbaxça"dan dopinq qalmaqalı ilə ayrılaraq vətəninə dönən Taurasi ilə bağlı keçmiş klubu da açıqlama yayıb. "Fənərbaxça" onu yenidən heyətinə qatmağa çalışdığını açıqlayıb: "Diana Taurasinin son dərəcə talesiz səbəbdən aramızdan ayrılsa da, onunla əlaqəni bir an olsun kəsmədik. Həm dopinq qalmaqalı ilə onun və klubumuzun hüquqlarını qormaq, həm də yeni mövsümdə yenidən "Fənərbaxça" forması geyinə bilməsi üçün danışıqlarımız oldu. Amma onun irəli sürdüyü şərtlər bizim üçün qəbuledilməz oldu. Bu müddətdə Taurasi bəzi təkliflərdən imtina etdi. Bundan sonra klubumuz ona ildə 1,1 milyon avro maaş təklif etdi. Ancaq menecerlər təklifimizə zamanında cavab vermək əvəzinə, bunu fürsət bilib, bazarlıq üçün yararlandılar.
Bu arada "Qalatasaray" amerikalı basketbolçusu Silviya Fovleslə yenidən anlaşıb. "Sarı-qırmızılı" klubdan verilən açıqlamaya görə, onunla 2 illik müqavilə imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə