\"Xəzər Lənkəran\"ın gənc futbolçusu Şəhriyar Xəlilov cənub təmsilçisinin formasında ilk oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının XXVIII turunun AZAL-la qarşılaşmasında komandada debüt edib. Qışda \"Xəzər\"ə transfer olunan Şəhriyar bu matçın 86-cı dəqiqəsində meydana daxil olub. Bununla da o, rəsmi matçlarda "Xəzər Lənkəran" forması geyən oyunçuların siyahısına daxil olub.
Bu matçadək 125 oyunçuya bu komandanın şərəfini qorumaq nəsib olmuşdu. Xəlilov bu siyahıya 126-cı kimi daxil olub. O, komandada bu il debüt edən 13-cü oyunçu olub. 2011-ci ilin arxada qalan hissəsində Simao Bruno, Andrey Mureşan, Adrian Pit, Hristu Kiaku, Adrian Skarlatake, Julius Vobay, Elnur Abdullayev, Aleksandr Pitsurka, İbrahima Banqura, Kosmin Fransinesku, Nikulae Muşat və Yevgeni Kopil də "Xəzər Lənkəran"da debüt etmişdilər.

Xəlilov \"Xəzər\"in 62-ci yerli futbolçusu olub. "Xəzər Lənkəran"da oynamış digər 64 oyunçu isə legionerdir.
Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB