Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş voleybol turnirində yarımfinalçılar müəyyənləşdi
Bu gün "Səs", "İki Sahil" və "Yeni Azərbaycan" qəzetlərinin təşkilatçılığı, "Azərfon" MMC-nin maliyyə dəstəyi ilə keçirlən ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş media nümayəndələri arasında voleybol turnirinin ¼ final mərhələsinə yekun vurulub. Siasport.az saytı xəbər verir ki, mərhələnin ilk oyunda "Səs" qəzetinin komandası ilə AzərTAc-ın komandası qarşılaşıb. Gərgin keçən oyunda 2:0 hesabı ilə AzərTAc qalib gəlib. Daha sonra isə "İki Sahil" və "Mövqe" qəzetlərinin komandaları üz-üzə gəliblər. Oyunda "Mövqe" qəzeti 2:0 hesabı ilə qalib gəlib. Mərhələnin 3-cü oyununda isə "Xalq qəzeti" İTV ilə münasibətlərə aydınlıq gətirib. Qəzet komandası telekanal komandasını 2:1 hesabı ilə məğlub edib. Günün son matçında isə SİA və Səs TV-nin birləşmiş komandası "Yeni Azərbaycan" qəzetinin komandası ilə qarşılaşıb. Görüşdə SİA və Səs TV-nin birləşmiş komandası 2:0 hesabı ilə qalib gəlib.
¼ finalda qeydə alının nəticələri nəzərinizə çatdırırq:
AzərTAc - "Səs" qəzeti 2:0
"İki Sahil" qəzeti - "Mövqe" qəzeti 0:2
"Xalq qəzeti" – İTV 2:1
SİA+Səs TV - "Yeni Azərbaycan" qəzeti 2:0
Yarımfinalda qarşlaşcaq cütlükləri nəzərinizə çatdırırıq:
26 aprel
Saat 13:00 SİA+Səs TV - "Mövqe" qəzeti
Saat 14:00 AzərTAc –"Xalq qəzeti"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB