İngilis mətbuatı: "Droqbanı transfer etməyə ancaq Əziz Yıldırımın pulu çatar"
Əsas rəqibi "Trabzonspor"un xal itirməsi ilə çempionluq iştahası yamanca çoxalan İstanbulun "Fənərbaxça" klubu, deyəsən indi də ingilis mətbuatının əsas gündəminə çevrilib. Siasport.az saytı xəbər verir ki, Çempionlar Liqasında "Mançester Yunayted" klubuna uduzaraq azarkeşlərini və klub sahibi Roman Abromoviçi pərişan edən "Çelsi" klubunda gözlənilən təmizləmə əməliyyatı artıq tam dəqiqləşib. İndi İngiltərə mətbuatında kimin mövsümün sonunda "Çelsi"ni tərk edəcəyini hər kəs bilir. İngilis "The Sun" qəzeti, artıq "zadəganların" Fildişi Sahilli futbolçusu Didye Droqbanın da transferə çıxarılacaq futbolçular arasında olduğunu və ən əsası isə onu transfer edə biləcək yeganə klubun da İstanbulun "Fənərbaxça" klubu olduğunu iddia edir. Sözsüz ki, transfer xərclərini qarşılamaq məsələsində. İngilis qəzeti iddia edir ki, həftəsinə 120 min funtsterlinq ödənişi olan bu futbolçunu almağa ancaq Əziz Yıldırımın pulu çatar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB