Bu gün Azərbaycan millisi İtaliyanın "Palermo" klubu qarşılaşcaq

Bu gün Azərbaycan millisi İtaliyanın "Palermo" klubu qarşılaşcaq
Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Olbiya şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edir. Siasport.az saytı xəbər verir ki, yığmamız qrup mərhələsində hər iki oyunda məğlub olduğuna görə qrup sonuncuları üçün təşkil olunmuş turnirdə mübarizə aparacaq. Bu gün futbolçularımız B qrupunda 3-cü yeri tutmuş İtaliyanın "Palermo" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə