Bakı Şahmat Olimpiadasına media nümayəndələrinin qeydiyyatı başa çatıb. Bu barədə SİA-ya Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sabah (avqustun 25-də) saat 14:30-da yarışın keçiriləcəyi Bakı Kristal Zalına media tur təşkil olunacaq. Tədbirdə jurnalistlərə Bakı Şahmat Olimpiadasında yaradılacaq şərait barədə məlumat veriləcək. Eyni zamanda media nümayəndələri yarış zalı və mətbuat mərkəzi ilə tanış olmaq imkanı qazanacaqlar. Tədbirin sonunda akkreditasiya vəsiqələri paylanılacaq.
Qeyd edək ki, akkreditasiya kartlarını almaq üçün şəxsiyyət vəsiqələrini təqdim etmək mütləqdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB