17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib. SİA-nın məlumatına görə, Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan futbolçularımız 1:3 hesabı ilə məğlub olublar. Yığmamızın qolunu Kamran Quliyev vurub.
Qeyd edək ki, avqustun 23-də bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB