"Mahir Şükürov "Qəbələ"nin maraq dairəsindədir

"Mahir Şükürov "Qəbələ"nin maraq dairəsindədir
Türkiyənin "Samsunspor" klubundan təklif alan Mahir Şükürovun Azərbaycanda qalmaq ehtimalı da var. Siasport.az saytı xəbər verir ki, milli komandamızın üzvü iki klubun maraq dairəsindədir.

Bunlardan biri məlum olduğu kimi "Neftçi"di. "Anji"dən kənarlaşdırıldıqdan sonra paytaxt klubunun düşərgəsində məşq edən Mahirlə yayda danışıqların aparılması gözlənilir. Bunu "Neftçi"nin prezidenti Sadıq Sadıqov da istisna etməyib.

Şükürovu heyətində görmək istəyən digər klub "Qəbələ"di. Toni Adamsın rəhbərlik etdiyi Premyer Liqa təmsilçisi millimizin üzvü ilə maraqlanır. İngilis mütəxəssisin Mahirin oyununu bəyəndiyi deyilir.

Qeyd edək ki, Super Liqaya çıxmaq istəyən və hazırda Bank Asiya 1-ci liqasının turnir cədvəlinə başçılıq edən "Samsunspor"un Mahirə 800 min dollar təklif etdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня