Dünya ikincisi Bakıya gəlir
Azərbaycanda "Baku Cup 2011" WTA Tour-un rəhbərliyi ilə 2011-ci ilin iyul ayında tennis üzrə beynəlxalq turnir keçirləcək. Siasport.az saytı xəbər verir ki, mükafat fondu 220 min ABŞ dolları olan turnirdə dünyanın ən güclü 100 tennisçisinin arasından seçilən və Rusiya, Ukrayna, Xorvatiya, Sloveniya, İtaliya, İspaniya və digər ölkələrdən olan qadın tennisçilərin iştirakı gözlənilir.

Bununla yanaşı, dünyanın ən güclü 2-ci qadın tennisçisi olan Vera Zvonarevanın da "Baku Cup 2011"də iştirakı artıq dəqiqləşib. Rusiyalı tennisçinin turnirdə iştirakı ilə əlaqədar artıq müqavilə imzalanıb.

Qeyd edək ki, turnir Bakıda dünya standartlarına uyğun inşa edilmiş Bakı Tennis Akademiyasının kortlarında keçiriləcək.

Nəzərinizə çatdıraq ki, 3000 azarkeşin yerləşdirilməsi mümkün olan kortun inşası artıq bitmək üzrədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня