"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Topaz Premyer Liqasında səfərdə 2:0 hesabı ilə qalib gəldikləri "Sumqayıt"la oyundan sonra keçirilən mətbuat konfransında maraqlı açıqlamalarla çıxış edib. Q.Qurbanov deyib ki, ilk turda "İnter"lə oyunda futbolçularının əzmkarlıqından razı qaldığı kimi, bu oyunda da yetirmələrinin çıxışını bəyənib.
Onun sözlərinə görə, Avropa Liqasının pley-off mərhələsində İsveçin "Höteborq" klubu ilə qarşıdakı matç bugünkü matçdan fərqli olacaq:
"Avroliqaya hazırlığa avqustun 14-dən başlayacağıq. Heyətin oyununu yaxşılaşdırılması üçün yeni hücumçumuz Dino Ndoluvunun birgə oynamasına ehtiyac var. Onun durumunu bilmirik. Heç özüm də görməmişəm. Futbolda vərəqələrin hamısı eynidir. Hara fırlatsan, eyni gəlir. Yeni hücumçu gətirməyin çoxdan tərəfdarıyam. Bunun üçün büdcə də var. Amma diqqətli olmaq lazımdır. Bir neçə hücumçu arasından bu variant çıxdı". Qurbanov əsas qapıçısı İbrahiç Şehiçi bütün meydan oyunçularını görmək istəyilə ehtiyatda saxladığını söyləyib: "Şahruddin də bizə uyğun qapıçıdır. Bir az boyu balacadır. Şehiç isə daha yaxşı formadadır".
Baş məşqçi komandanın kapitanı Rəşad Sadıqovla düşmənçiliyin olmadığını da bildirib: "Məncə, ona təzyiq edirsiniz. Düşünməyin ki, Rəşad karyerasını bu il bitirəcək. Onun həm yığma, həm də klubda oynamağa gücü var. Sadıqova ehtiyacımız var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB