"Rio-2016"da Türkiyənın ilk medalı

"Rio-2016"da Türkiyənın ilk medalı

Türkiyə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb. SİA-nın məlumatına görə, kişilərin ağır atletika yarışlarında 69 kq çəki dərəcəsində çıxış edən Daniyar İsmayılov gümüş medala sahib olub.

İdmançı iki hərəkətin cəmində 351 kq (birdən 163 kq, təkanla 188 kq) nəticə göstərib. Qızıl medala 352 kq (162+190) ağırlığın öhdəsindən gələn çinli Jiyonq Şi, bürünc medala isə 339 kq (151+188) göstəriciyə malik qırğızıstanlı İzzat Artıkov sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə