Yığmamız heç-heçə edib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində ikinci oyununu keçirib. SİA-nın məlumatına görə, Tacikistanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız heç-heçə edib - 2:2. Komandamızın qollarını Kamran Quliyev və Şakir Seyidov vurub.

Futbolçularımız turnirdə növbəti oyununa avqustun 11-də çıxacaq. Rusiya-2 yığmasına qarşı keçiriləcək oyun Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə