İstanbulun "Qalatasaray" futbol klubunda prezident seçkilərinin keçirilmə vaxtı müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, dünən gözlənilmədən İstanbul klubunun hazırkı prezidenti Adnan Polat, klubun prezident seçkilərinin aprelin 24-də keçirilməsi barədə qərar imzalayıb. Onsuz da "Qalatasaray"ın acınacaqlı duruma düşməsi səbəbindən neçə müddətdir ki, İstanbul klubunun idarə heyətindəki müxalifət tərəfindən və "cim bom" azarkeşləri tərəfindən hücumlara məruz qalan A.Polat, həttda 24 aprel seçkilərində iştirak etməyəcəyini də dilə gətirib. Amma hazırkı prezidentə qarşı müxalifətdə duran heyət də seçkilərin belə tez keçirilməsinə etiraz edir. Onlar hesab edirlər ki, təyin olunan vaxt çox tezdir və belə vaxtda bütün seçki prosedurlarını yerinə yetirmək mümkünsüzdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB