Yeniyetmə cüdoçularımız Avropa kubokuna yollanırlar

Yeniyetmə cüdoçularımız Avropa kubokuna yollanırlar

Aprelin 2-3-də Ukraynanın paytaxtı Kiev şəhərində cüdo üzrə yeniyetmələr (oğlan və qızlar) arasında Avropa Kuboku keçiriləcək. JudoOnlinedən siasport.az saytına verilən məlumata görə, iki gün davam edəcək yarışda yeniyetmələrdən ibarət yığma komandamız məşqçilər Rəşad Məmmədov və Rəşad Həsənovun rəhbərliyi altında ölkəmizin idman şərəfini qoruyacaqlar. Avropa Kuboku yarışında ümumilikdə 24 cüdoçumuz qüvvəsini sınayacaq. 50 kq çəki dərəcəsində Telman Vəliyev, Cavidan Ümüdov, Sadıq Məhərrəmov, 55 kq çəki dərəcəsində Əlifani Qardaşxanzadə, İsgəndər Talışınski, Kamran Yəhyayev, Elburus Zamanov, 60 kq çəki dərəcəsində Rəşad Rufullayev, Eşqin Məmmədov, 66 kq çəki dərəcəsində İslam Abdulrəhmanzadə, Mixayıl Anayev, Musa Mehdiyev, Hüseyn Rəhimli, 73 kq çəki dərəcəsində Firuddin Dadaşov, Vasif Şərbətli, 81 kq çəki dərəcəsində Qurban Qurbanov, Kamran Hüseynov, 90 kq çəki dərəcəsində Cəlil Şükürov, Ülvi İsayev , +90 kq çəki dərəcəsində isə Zaur Hüseynli mübarizəyə qoşulacaq. Xanım cüdoçularımızdan isə ölkəmizi Çinarə Quliyeva (40 kq), Səkinə Zayirova (44 kq), Nəzakət Məhərrəmova ( 48 kq) və Əfsanə Hüseynova (52 kq) təmsil edəcək.

Yarışın təqvimi;

2 Aprel Başlama vaxtı saat 13:00-da . Final: 18:30.
Oğlanlar 50,55,60 kg, Qızlar 40,44,48,52kg

3 Aprel Başlama vaxtı saat 12:00-da . Final: 18:30.
Oğlanlar 50,55,60 kq, Qızlar 40,44,48,52kq

Bütün xəbərlər Facebook səhifəmizdə