“Qarabağ” səfərdə “İnter”ə məğlub oldu

“Qarabağ” səfərdə “İnter”ə məğlub oldu

Dünən futbol üzrə Topaz Premyer Liqada yeni mövsümün ilk turunda daha bir oyun keçirilib. Qol.az-ın məlumatına görə, son üç çempionatın qalibi "Qarabağ" səfərdə "İnter"in qonağı olub. Ağdam təmsilçisi matçın 10-cu dəqiqəsində Reynaldonun qolu ilə hesabı açsa da, meydan sahibləri Ruslan Abışovun dublu ilə qələbə qazanıb. Qeyd edək ki, bu gün keçiriləcək "Qəbələ" - "Kəpəz" matçı ilə tura yekun vurulacaq.



7 avqust (bazar)

20:00. "İnter" – "Qarabağ" - 2:1
Qol:
Reynaldo, 10 (0:1), Ruslan Abışov, 69 (1:1), 74 (2:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz
"İnter Arena" stadionu


8 avqust

19:00. "Qəbələ" - "Kəpəz"

6 avqust (şənbə)


"Zirə" – "Sumqayıt" - 0:1
Qol
: Vaqif Cavadov, 74 (0:1)
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Rövşən Rəcəbov
Zirə İdman Kompleksinin stadionu

AZAL – "Neftçi" - 0:2
Qollar: Elvin Bədəlov, 60 (1:0), Rəhman Hacıyev, 70 (0:2)
Qırmızı vərəqələr: Ruslan Nəsirli, 37 (AZAL), Jairo, 37 ("Neftçi")
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov
"AZAL Arena"

Bütün xəbərlər Facebook səhifəmizdə