\"12-ci oyunçu\" və onun macaraları

\"12-ci oyunçu\" və onun macaraları

Aşağıdakı cümlə \"12-ci oyunçu\" fanklubunun \"UltraNeftçi\" fankulubu haqqında dedikləridir:

\"Tez-tez rəngini dəyişən, eyni zamanda rəngi ilə əqidəsini də dəyişənlər\".

Deməli ki, dünyada yalnız bir kuluba azərkeşlik etməlisən, əks təqdirdə sən əqidəsiz birisən.

Demək istədikləri odur ki, \"UltraNeftçi\" fankulubunu yaradan və rəhbərlik edən Ceyhun Əzizli \"Qalatasaray\" fanatıdı və \"UltraNeftçi\"yə də yığılan fanatlar hamsı \"Qalatasaray\"a azərkeşlik edir.

Yəni belə çıxdı ki, Türk dünyasını Avropada layiqincə təmsil edib, Türk dünyasına tək avrokuboku bəxş edən \"Qalatasaray\"a azərkeşlik etmək əqidəsizlikdir.

Bunların cavablarını hamı bilir, ancaq yenə də qısa olaraq 2-3 məsəl çəkəcəm.

  • UltraNeftçi fankulubunda üzvlərin və idarə heyətinin yarısından çoxu \"Barselona\", \"Real\", \"Fənər\", \"Beşiktaş\" və.s kulublara azərkeşlik edirlər. Amma çox istəyərdik ki, hamsı \"Qalatasaray\"a fanatlıq etsin.
  • Tək \"UltraNeftçi\" fankulubu yox, bizim kulubun \"Qalatasaray\"la da əlaqələri var. Buna nümunədə aşağıdakılardır:

\"Neftçi\" PFK ilə Türkiyənin \"Qalatasaray\" klubu arasında olan danışıqlar müsbət nəticələnib və ikitərəfli sazişlə rəsmi müqavilə imzalanıb. İstanbul klubunun təmsilçisi Adnan Sezginin imzası ilə göndərilən müqavilə \"Neftçi\" PFK-nın rəhbərliyi tərəfindən müzakirə edilib. Müqavilə klub prezidenti Sadıq Sadıqovun imzası ilə təsdiq edilərək, \"Qalatasaray\"ın prezidenti Adnan Polada göndərilib.

İki klub arasında bağlanmış və 2011-2012-ci illəri əhatə edən müqavilədə həm Bakı, həm də İstanbulda yoldaşlıq oyunlarının keçirilməsi, \"Neftçi\"nin gənc futbolçularının təcrübə toplaması məqsədilə \"Qalatasaray\"ın düşərgəsinə yollanması və s. layihələrin aparılması üçün nəzərdə tutulub.

Bunlar kimi çox nümunə var, ancaq keçək digər məsələləri \" BAŞA SALMAĞA\"

Fankulubumuz haqqında bir fikirləri də var ki, guya \"ForzaNeftçi və \"Flaqman\"la münasibətlərimizə \"tüpürmüşük\".

Bu həqiqətən də çox gülməli bir iftiradır. Hər oyun stadionda qarşılıqlı şüarlarla kulubuna dəstək olan bu fankulublara iftira atmaq gülməlidir.

Aşağıdakı cümlələri oxuduqda isə \"12-ci oyunçu\"nun nə demək istədiyini bəlkə siz də başa düşdünüz:

\"Biz nə isə edəndə təmənnasız edirik və kimlərəsə özümüzü göstərmək fikrindən uzağıq\".

Başqa bir cümlədə də belə yazılıb :

\"\"Xəzər Lənkəran\"ın bütün oyunlarına pulla kassadan bilet alıb sadiona daxil olmaq, üstəlik onlarla, bəzən isə yüzlərlə sadə azarkeşə bilet paylamağın nə olduğunu bilmək üçün \"Ultra-Multra\" olmaq yetərli deyil (bir-birinə uyğun gəlməyən iki cümlə).

Bunada cavab verək ki, qəlblərində qalmasın...

2006-cı ilin aprelin 12-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan - Türkiyə (1-1) oynuna Ceyhun Əzizli öz cibindən bilet alıb paylayanda bu haqda danışıb, özumüzü gözə soxmadıq.

Beləliklə görürük hər yazdığımıza cavab yazmağa çalışırsınız.

\"UltrAslan Azərbaycan\" \"Xəzər Lənkaran\"a dəstək olanda siz harda idiz?

MÜƏLLİF: \"UltraNeftçi\" fanklubunun üzvləri, ultraneftci.com

Bütün xəbərlər Facebook səhifəmizdə